“Sabah” çempionluğa bir az da yaxınlaşdı
Azərbaycan Basketbol Liqasında final seriyasının üçüncü oyunu keçirilib. Msport.az xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Sabah” və “Gəncə” komandaları üz-üzə gəlib.
Paytaxt klubu görüşü 93:90 hesabı ilə öz xeyrinə başa vurub.
Oyunun qəhrəmanı 19 xal toplamış “Sabah”ın oyunçusu Kaelin Qran olub.
Bu qələbədən sonra Bakı klubu ümumi hesabda 2:1 önə keçib.
Final seriyasında növbəti oyun mayın 27-də olacaq. Çempion 3 qələbədən sonra müəyyənləşəcək. Əgər 4 görüşə əsasən qalib müəyyənləşməsə, mayın 30-da əlavə 5-ci matç təşkil olunacaq.