“Sabah”dan Dominikan klubuna
“Sabah”ın basketbolçusu Kemron Blu karyerasını Dominikan Respublikasının “İndios” klubunda davam etdirəcək.
Msport.az xəbər verir ki, ABŞ-dən olan oyunçu artıq bu komanda ilə rəsmi müqavilə imzalayıb. Məlumatı klubun rəsmi saytı yayıb.
Qeyd edək ki, Blu “Sabah”a ötən ilin yanvarında keçmişdi.