featured-image-36136

“Sabah” basketbol komandası növbəti transferini elan edib.

Klubdan Msport.az-a verilən məlumata görə, Mayk Holtonla 1 illik müqavilə imzalanıb.

Peşəkar karyerası ərzində Ukrayna, İsrail, Almaniya, Fransa və Avstriya klublarında çıxış edən ABŞ basketbolçusu zəngin karyeraya malikdir.

Mayk Holton son olaraq Avstriya Super Liqasında mübarizə aparan “Pölten” klubunda çıxış edib. 2022/2023 mövsümündə 28 oyuna çıxan basketbolçu hər matçda orta hesabla 21 xal toplayıb.

Qeyd edək ki, “Sabah” bu gün Holtondan əvvəl Kivon Devonportun transferini açıqlayıb.

Bənzər xəbərlər