featured-image-51514

Transfer çalışmalarını davam etdirən “Sabah” basketbol Klubu sıralarını daha bir legioner oyunçu ilə gücləndirib.

Bakı təmsilçisindən Mspoet.az-a verilən məlumata görə, amerikalı basketbolçu DeAndre Uilyams FIBA Çempionlar Liqasında mübarizə aparacaq komandanın heyətinə cəlb olunub.

206 sm boya malik legionerlə 2 illik müqavilə imzalanıb.

27 yaşlı amerikalı T1 liqasında mübarizə aparan “Taiwan Beer Leopards” klubunda çıxış edib.

Uilyams 2020-2023-cü illər aralığında öz ölkəsində NCAA 1-ci divizionunda iştirak edən “Memphis Tigers” klubunda oynayıb.

Bənzər xəbərlər