featured-image-20418

“Sabah” bu gün Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.

Msport.az xəbər verir ki, paytaxt təmslçisi Polşanın “Varta” komandası ilə üz-üzə gəlib.

Poznanlılarla görüş Bakı vaxtı ilə saat 18:00-da start götürüb. Tərəflər hərəyə bir dəfə fərqləndikləri bu oyundan heç-heçə ilə ayrılıblar – 1:1. 45-ci dəqiqədə Aleksey Kaşuk hesabı açsa da, “Sabah” 90-cı dəqiqədə üstünlüyü əldən verib.

“Sabah” hazırlıq çərçivəsində daha bir oyun keçirəcək. Murad Musayevin komandası 18 yanvarda Serbiya “Voyvodina”sı ilə qarşılaşacaq. “Sabah”ın Antalya toplanışı 19 yanvarda başa çatacaq.

Bənzər xəbərlər