featured-image-56029

“Sabah” basketbol klubu bu gün FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək.

Msport.az xəbər verir ki, Rimas Kurtinaytisin başçılıq etdiyi komanda Bakıda Yunanıstanın “Marussi” kollektivini sınağa çəkəcək.

Bakı İdman Sarayında oynanılacaq qarşılaşma saat 19:00-da başlayacaq.

Qeyd edək ki, “Sabah” ilk turda Belçikada yerli “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.

Bənzər xəbərlər