featured-image-57295

“Sabah” basketbol komandası FIBA Avropa Kubokunda bu gün sonuncu oyununa çıxacaq.

Msport.az xəbər verir ki, G qrupunda yer alan Bakı klubu səfərdə İsveçin “Norrçöpinq Dolfins” kollektivi ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Komandalar arasında Bakıda keçirilmiş qarşılaşma 74:70 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, “Sabah” daha əvvəl Yunanıstanın “Marussi” (70:82, 71:82) və Belçikanın “Spiru” komandalarına (68:78,81:82) da məğlub olub.

Bənzər xəbərlər