“Sabah” məğlubiyyətlə üzləşdi
Azərbaycan Basketbol Liqasında 9-cu tura start verilib.
Msport.az xəbər verir ki, turun ilk oyunu bu gün “Sərhədçi” İdman Mərkəzinin idman zalında baş tutub.
“Sabah” və “AAAF Xırdalan” arasında keçirilən qarşılaşma ikincilər qalib gəlib.
Son topa qədər davam edən oyunda “AAAF Xırdalan” rəqibi üzərində 82:84 hesablı qələbəyə sevinib. Qarşılaşmanın ən məhsuldar basketbolçuları “AAAF Xırdalan”dan Endryu Korum (32 xal, 17 ribaund), “Sabah”dan isə Entoni Patti (23 xal, 12 ribaund) olub.
9-cu turun digər oyunları (NTD – “Olimpik Şəki”, “Neftçi” İK – “Sərhədçi”, “Gəncə” – “Zirvə Astara”) da 10-11 dekabrda “Sərhədçi” İdman Mərkəzində baş tutacaq.