“Sabah” növbəti transferini açıqladı
Ölkəmizi FİBA Avropa Kubokunun təsnifat mərhələsində təmsil edəcək “Sabah” turnirə hazırlıq çərçivəsində heyətini gücləndirməkdə davam edir.
Klubdan Msport.az saytına verilən məlumata görə, paytaxt təmsilçisi ABŞ-dan olan 25 yaşlı basketbolçu Kivon Devonportla 1 illik müqavilə imzalayıb.
203 santimetr boya malik oyunçu peşəkar karyerası ərzində İsrail, Ukrayna və Fransa liqalarında legioner həyatı yaşayıb.
Devonport son olaraq Fransanın “Orlean Luare Basket” klubunda çıxış edib.