featured-image-20338

Azərbaycan Basketbol Liqasında 13-cü tura start verilib.

Msport.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” və “Sabah” basketbolçuları qarşılaşıblar.

Sərhədçi İdman Mərkəzində keçirilən görüş meydan sahiblərinin 81:68 hesablı qələbəsi ilə başa çatıb. Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endar Poladxanlı (23 xal, 7 ribaund), “Sabah”dan isə Udun Osaku (19 xal, 15 ribaund) olublar.

Turun digər oyunlarında “Gəncə” NTD-ni, “Neftçi İK” “Zirvə Astara”nı, “Olimpik Şəki” isə “AAAF Xırdalan”ı sınağa çəkəcək. Bu görüşlər 12, 14 və 15 yanvarda baş tutacaq.

Bənzər xəbərlər