“Sabah” vahid oldu
Xaçmaz Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) 11-ci turunun son oyunu baş tutub.
Mport.az xəbər verir ki, çempionatın liderləri “NTD-İndiqo” və “Sabah” basketbolçuları qarşılaşıb.
Gərgin və önəmli matçın yekununda qonaqlar 83-79 hesabı ilə qalib gələrək vahid lider olublar.
Ən məhsuldar basketbolçular: “NTD-İNDİQO” (Qriffin Remmi – 23 xal, 7 asist), “Sabah” (Endar Poladxanlı – 32 xal, 3 ribaund)