“Sabah” yenidən lider oldu
Azərbaycan Basketbol Liqasında 16-cı turun oyunları davam edir. Msport.az xəbər verir ki, turun ikinci oyun günündə bir matç olub. “Sərhədçi” İdman Kompleksində “Sabah” və “Şəki” klubları üz-üzə gəlib.
Görüş “Sabah”ın 93:80 hesablı qələbəsi ilə başa çatıb. Qalib komandanın heyətində Maykl Xolton 24 xal yığıb.
Turun digər oyunları qarşıdakı günlərdə keçiriləcək.
5 aprel
19.30. “Sumqayıt” – “Xəzri”
Sumqayıt Olimpiya İdman Kompleksi
6 aprel
14:00. “Gəncə” – “Cəlilabad”
Gəncə Olimpiya İdman Kompleksi.
7 aprel
14:00. “NTD İndiqo” – “Neftçi”
Xaçmaz Olimpiya İdman Kompleksi.
Turun ilk oyununda “Xırdalan” “Sərhədçi”ni məğlub edib – 112:105.
“Sabah” 29 xalla turnir cədvəlinə başçılıq edir. “Xəzri” 28 xalla 2-ci yerdədir. “NTD İndiqo”, “Neftçi” və “Xırdalan” 26 xal toplayıb.