featured-image-1820

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev hakimlərlə görüşüb.

Msport.az ABF-nin saytına istinadən xəbər verir ki, veteran boksçular və məşqçi-müəllimlərin ardınca baş tutan görüşdə referilərin hazırkı durumu, ölkədə gənc hakimlərinin yetişdirilməsi və onların beynəlxalq ulduzlarının artırılması yolunda addımlar müzakirə edilib.

Sahil Babayev bildirib ki, boksun inkişafı və ölkədə daha kütləviləşməsi üçün boksçular və məşqçilərlə yanaşı, hakimlər də öz dəstəklərini verməlidirlər. Bununla bağlı onların işləri təkmilləşdirilməli, qərarları obyektiv və ədalətli olmalıdır. Federasiya rəhbəri ABF-in yeni strukturunda Hakimlər Komitəsinin formalaşdırılması üçün tapşırıqlarını verib. O qeyd edib ki, ədalət təmsilçilərinin təcrübəsinin artırılması üçün seminarlar təşkil olunacaq, onların beynəlxalq arenalarda Azərbaycanı layiqincə təmsil etməsi yolunda işlər görüləcək.

Sahil Babayev əsas hədəfin 3 ulduza sahib hakimlərin sayının artırılması və yeni beynəlxalq dərəcəli referilərin yetişməsi olduğunu bildirib.
Hakimlər təcrübələrinin artırılması, yeni gənc nəslin yetişdirilməsi, bölgələrdə referiliyin inkişaf yolları, xanımların bu sahəyə cəlb olunması, həmçinin seminarların keçirilməsi üçün fikir mübadiləsi aparıblar.

Bənzər xəbərlər