featured-image-19553

“Böyük yükün altına girmişəm. Məsuliyyətli, çətin işdir”.

Bunu Msport.az saytına açıqlamasında “Səbail”in yeni baş məşqçisi Şahin Diniyev təyinatı barədə danışarkən deyib.

56 yaşlı mütəxəssis bildirib ki, komandanın hazırkı durumu heç kimi qane etmir: “Səbail”i bu vəziyyətdən çıxarmağa çalışacağıq. Nə dərəcədə bizə nəsib olacaq, bunu zaman göstərəcək. Əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, Şahin Diniyevin “Səbail”lə müqaviləsinin müddəti 2023/2024 mövsümünün sonunadək nəzərdə tutulub.

O, daha əvvəl “Qarabağ”, “Kəpəz”, “Rəvan” və Azərbaycan millisinin də baş məşqçisi olub.

Bənzər xəbərlər