featured-image-19621

Premyer Liqanın 18-ci turunda “Neftçi” ilə oyundan sonra istirahətə buraxılan “Şamaxı” yanvarın 3-də Bakıda bir araya gələcək.

Msport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda hazırlığın ikinci mərhələsi üçün yanvarın 8-də Antalyaya yollanacaq və 11 gün orada məskunlaşacaq.

Bu müddətdə komanda 3 yoxlama oyunu keçirəcək. “Şamaxı” yanvarın 11-də Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq.

Komanda son oyununu yanvarın 18-də Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.

Bənzər xəbərlər