"Şamaxı" qapıçısı ilə yeni müqavilə bağladı - RƏSMİ
Azər Bağırovu baş məşqçi postuna gətirən “Şamaxı” heyəti yenidən qurmağa başlayıb.
Msport.az xəbər verir ki, əyalət klubu ötən mövsümkü heyətdən çox az sayda futbolçunu komandada saxlayır.
“Şirlər” ikinci qapıçı Abdulla Seyidəhmədovla yeni müqavilə imzalayıb. 29 yaşlı qolkiper daha 1 il “Şamaxı”nın heyətində çıxış edəcək.







