featured-image-20306

Türkiyədə təlim-məşq toplanışında olan “Şamaxı” Antalyadakı hazırlıq prosesi çərçivəsində ilk yoxlama görüşünə çıxıb.

Msport.az xəbər verir ki, əyalət təmsilçisi Qazaxıstanın “Kaysar” komandası ilə qarşılaşıb.

“Miracle” hotelinin meydançasında baş tutan oyunda qalib müəyyənləşməyib. Küləkli hava şəraitində baş tutan oyunda komandalar meydanı qolsuz tərk ediblər – 0:0.

“Şamaxı” Antalyadakı ikinci yoxlama görüşünü də bu gün keçirəcək. Sözügedən komanda Bakı vaxtı ilə saat 18:30-da start götürəcək matçda Rumıniya klubu “Botoşani” ilə qarşılaşacaq.

Bənzər xəbərlər