featured-image-20473

Çexiyanın “Bohemians” komandasının məşqçisi İvan Qaşek Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində “Səbail”ə qarşı keçirdikləri yoxlama görüşünü şərh edib.

Msport.az xəbər verir ki, baş məşqçinin köməkçisi 0:0 hesabı ilə başa çatan matçı komandasının daha yaxşı keçirdiyini bildirib:

“Rəqibdən daha yaxşı oynadıq, topu saxlaya bildik və qol imkanları yaratdıq. İlk 25 dəqiqədə ərazi üstünlüyünə malik idik. Sonra oyun bir qədər bərabərləşdi. Mükəmməl meydançada çıxış etdik və bizim tərəfimizdən uğurlu kombinasiyalar ortaya qoyuldu. Qol vurmaq üçün şanslarımız olsa da, təəssüf ki, onları dəyərləndirə bilmədik. İkinci hissədə də biz daha üstün idik”.

Xatırladaq ki, “Səbail” Antalya toplanışında son oyununu yanvarın 16-da Serbiyanın “Spartak” komandasına qarşı keçirəcək.

Bənzər xəbərlər