featured-image-20143

“Səbail”in Türkiyədəki təlim-məşq toplanışında Polşa klubu “Legiya” ilə keçirdiyi yoxlama oyunundan sonra baş hakim rəqib komandadan üzr istəyib.

Msport.az xəbər verir ki, bunu Varşava təmsilçisinin məşqçisi İnyaki Astiz deyib.

O bildirib ki, 2:2 hesabı ilə yekunlaşan qarşılaşmanı idarə edən yerli referi birinci hissədə qaydalar çərçivəsində vurduqları qolu qeydə almayıb: “Hakim artıq çəkili olduğu üçün görüşün tempi ilə ayaqlaşa bilmirdi. Birinci hissədə vurduğumuz qolu da saymadı. Sonradan isə bu qərarına görə bizdən üzr istədi”.

Bənzər xəbərlər