"Zirə"dən "Qarabağ" üzərində tarixi qələbə, "Sumqayıt"dan darmadağın - YENİLƏNDİ
Bu gün Azərbaycan Premyer Liqasında ilk turun daha iki oyunu keçirilib
Msport.az xəbər verir ki, günün ilk matçında “Səbail” “Sumqayıt”ı sınağa çəkib. “ASCO Arena”dakı qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər oyunda isə son çempion “Qarabağ” “Zirə”ni qəbul edib. “Azersun Arena”dakı görüşdə Ağdam təmsilçisi minimal hesabla uduzub. Bu, “qartallar”ın “köhlən atlar” üzərində ilk qələbəsi kimi tarixə düşüb.
Azərbaycan Premyer Liqası
I tur
5 avqust (şənbə)
18:30. “Səbail” – “Sumqayıt” 1:4
Qol: David Qomis, 62 – Rövlan Muradov, 27. Erik Sorqa, 67 (pen.). Kamran Quliyev, 70. Səbuhi Abdullazadə, 76
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov
VAR: Fərid Hacıyev
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Erkin Hüseynov
“ASCO Arena”.
“Səbail”: 1. Səlahət Ağayev, 10. Ağabala Ramazanov (k), 5. Adil Nağıyev, 6. Cabir Əmirli, 74. Yusif Nəbiyev, 88. Valdemar Almeyda, 99. David Qomis, 90. Aleksandr Ramalinqom, 27. Pedro Nuno, 55. Nir Bardea, 44. Yadin Luqasi
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev, 25. Nicat Məmmədzadə, 9. Amil Yunanov, 8. Bahadur Həziyev, 17. Rafael Məhərrəmli, 18. Süleyman Əhmədov, 11. Rüfət Abdullazadə, 19. Samir Abdullayev, 38. Zeynəddin Abdurahmanov, 34. Taleh Qarayev, 16. Emin Rüstəmov, 4. Adi Mehremiç
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 6. Vüqar Mustafayev (k), 14. Elvin Bədəlov, 7. Rövlan Muradov, 17. Murad Xaçayev, 30. Kamran Quliyev, 8. Səbuhi Abdullazadə, 19. Roi Kehat, 4. İsa Suliman, 9. Erik Sorqa, 71. Masaki Murata
Ehtiyat oyunçular: 15. Orxan Sadıqlı, 32. Murad Ağamalıyev, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 41. Uğur Cahangirov, 58. Oktavio Manteka, 10. Kamran Aliev, 60. Tresor Mossi
21:00. “Qarabağ” – “Zirə” – 0:1
Qol: Dmitrios Çantakias, 48
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Elçin Məmmədov
“Azersun Arena”.
“Qarabağ”: 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 83. Nihad Quliyev, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 17. Hamidu Keyta, 11. Adama Diakabi, 19. Redon Cica
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 23. Luka Quqeşaşvili, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 27. Toral Bayramov, 10. Abdullah Zubir, 81. Kevin Medina, 7. Yassin Benzia, 18. Olavio Juninyo, 6. Julio Romao, 15. Leandro Andrade
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 20. İsmayıl İbrahimli, 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə, 9. Vladislav Kulaç, 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli, 28. Abbas İbrahim, 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 77. Məqsəd İsayev, 8. İlkin Muradov, 21. Hacıağa Hacılı, 66. Pərviz Azadov, 87. İlqar Əhmədov, 5. Stefan Aka, 23. Andriya Lukoviç, 17. Toni Qomes, 7. Filipe Paxtman, 19. Salifu Suma
Qeyd edək ki, çempionatın açılış oyununda “Turan Tovuz” “Araz-Naxçıvan”ı darmadağın edib – 3:0. Tura sabah keçiriləcək “Kəpəz” – “Neftçi” və “Sabah” – “Qəbələ” matçları ilə yekun vurulacaq.







