"Şəfa"ya keçəcəyi deyilirdi, komandada qalası oldu - RƏSMİ
“Araz-Naxçıvan” daha iki futbolçusunu heyətdə saxlamağı bacarıb.
Msport.az xəbər verir ki, Slavik Alxasov və Ömər Buludov növbəti mövsümdə də Naxçıvan təmsilçisinin formasını geyinəcək. Hər iki futbolçu ilə anlaşmanın müddəti 1 ildir.
33 yaşlı Alxasov ötən mövsüm Azərbaycan Premyer Liqasında 24 oyunda meydana çıxıb və 2 qol vurub. Buludov isə 20 oyunda forma geyinib.
Qeyd edək ki, S.Alxasovun “Şəfa” ilə müqavilə bağlayacağına dair söz-söhbətlər gəzirdi.
“Araz-Naxçıvan” bir müddət əvvəl qapıçı Tərlan Əhmədli ilə də yeni anlaşma imzalayıb.







