“Sərhədçi”dən iki transfer
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Sərhədçi” basketbol komandası iki transfer həyata keçirib.
Klubdan Msport.az-a verilən məlumata görə, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ABŞ-dən olan Troy Dilan Kraknell və Kaleb Melikan Hanerlə güclənib.
Hər iki oyunçu artıq məşqlərə start veriblər.
“Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.