featured-image-18802

Azərbaycan Basketbol Liqasında X tura start verilib.

Msport.az xəbər verir ki, turun açılış oyununda “Sərhədçi” və “Olimpik” komandaları üz-üzə gəliblər.

“Sərhədçi” İdman Mərkəzinin idman zalında keçirilən görüşdə “Sərhədçi” 99:80 hesablı qələbə qazanıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Endar Poladxanlı (29 xal, 5 asist), “Olimpik Şəki”dən isə Anar Hacıyev (20 xal, 6 ribaund) olublar.

Turun digər matçları dekabrın 17-si və 18-də baş tutacaq. “Neftçi” İK “Sabah”ı, “AAAF Xırdalan” “Gəncə”ni, “Zirvə Astara” isə NTD-ni sınağa çəkəcək.

Bənzər xəbərlər