“Sərhədçi” və “Sabah” qələbə qazandı
Azərbaycan Basketbol Liqasında (ABL) XXIV tura start verilib.
Msport.az xəbər verir ki, ilk oyunda “Sərhədçi” komandası “Olimpik Şəki” ilə üz-üzə gəlib. Görüş meydan sahiblərinin 94:91 hesablı qələbəsi ilə başa çatıb.
Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maksvel Starvud (35 xal, 7 ribaund), “Olimpik Şəki”dən isə Davante Kuper (29 xal, 5 ribaund) olub.
İkinci matç “Neftçi” və “Sabah” basketbolçuları arasında keçirilib. “Sabah” komandası 80:68 hesabı ilə qalib gəlib.
Ən məhsuldar basketbolçular “Neftçi”dən Mohsen Moradxani (23 xal, 16 ribaund), “Sabah”dan isə isə Kamran Məmmədov (19 xal, 7 ribaund) olub.
Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək “Zirvə Astara” – NTD və “AAAF Xırdalan” – “Gəncə” qarşılaşmaları ilə yekun vurulacaq