featured-image-27640

Azərbaycan Basketbol Liqasında XXV tura yekun vurulub.

Msport.az xəbər verir ki, bağlanış oyununda “Zirvə Astara” və “Sərhədçi” komandaları üz-üzə gəlib.

“Sərhədçi” İdman Mərkəzində keçirilən görüşdə bölgə təmsilçisi 103:93 hesabı ilə qələbə qazanıb.

Bu qələbə ilə xallarını 30-a çatdıran “Zirvə Astara” 7-ci pillədə qərarlaşıb. 39 xalı olan “Sərhədçi” isə play-off zonasından uzaqlaşaraq, 5-ci sırada yer alıb.

Ən məhsuldar basketbolçular “Sərhədçi”dən Maykl Diqqins (34 xal, 11 ribaund), “Zirvə Astara”dan isə Ruşard Kruikşenk (22 xal, 8 asist) olublar.

Bənzər xəbərlər