featured-image-81097

“Soçi”yə transfer millimizin sabiq üzvü Ramil Şeydayev klubun rəsmi səhifəsinə blitz müsahibə verib.

Msport.az xəbər verir ki, 30 yaşlı forvardın müsahibəsini təqdim edir.

-Karyeranda vurduğun ən vacib qol? 

-“Qarabağ”da “Olimpiakos”a vurduğum qol.

-Oynadığın ən yaxşı stadion? 

– Yəqin ki, “Metropolitano”. (“Atletiko”nun ev oyunlarını keçirdiyi Madriddəki “Metropolitano” nəzərdə tutulur-red.).

– Karyeran ərzində ən yaxşı komanda yoldaşın?

– Real olaraq ən çox xoşuma gələn Miqel Dani idi. Mən onun necə oynamasından həzz alırdım. (Portuqaliyalı futbolçu 2008-2017-ci illərdə “Zenit”də çıxış edib – red.).

– Ona qarşı oynadığın ən güclü müdafiəçi? 

– Mats Hummels.

-Çıxış etdiyin ölkələr arasında yaşamaq üçün ən yaxşı ölkə? 

– Azərbaycan və Rusiya. Mənim üçün əsas komfort ölkələr bunlardır.

– Rusiya, Türkiyə, Slovakiya, Azərbaycan, Tailand. Ən dadlı yeməklər hansı ölkədədir? 

– Azərbaycanda.

– Ən qızğın futbol atmosferi olan stadion? 

– Yəqin ki, “Olimpiakos”un ev oyunlarını keçirdiyi arena.

– Karyeranda ən qiymətli titul? 

– U-17-lər arasında Avropa çempionatının kuboku.

– Sənin karyerana daha çox təsir gəstərən məşqçi?

– Dmitri Xomuxa, Vladislav Radimov və böyük futbolda “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov.

– Karyeranda ən qeyri-adi səfər. 

– Farer adaları.

– Hər hansı bir oyunun yenidən keçirilməsi imkanı olsaydı, hansı matçı seçərdin? 

– Bu “Qarabağ”la Belçika “Gent”nə qarşı oyun olardı. Avropa Liqasında 1/16 final mərhələsində oynayırdıq və 1/8 finala vəsiqə qazana bilmədik.

http://https://www.instagram.com/reel/DbqCqZmMR_B/?utm_source=ig_web_button_share_sheet&igsh=MzRlODBiNWFlZA==

Bənzər xəbərlər