Skaloni Argentina yığması ilə yeni müqavilə imzalayacaq
Argentina millisinin baş məşqçisi Lionel Skaloni ölkənin futbol assosiasiyası ilə yeni müqavilə imzalamağa yaxındır.
Msport.az xəbər verir ki, 48 yaşlı mütəxəssislə yeni sözləşmə 2030-cu il dünya çempionatının sonunadək nəzərdə tutulacaq.
Hazırkı anlaşmanın müddəti 2026-cı ilin dekabrında başa çatır. Mütəxəssis 2018-ci ilin yayından yığmaya rəhbərlik edir.
Onun çalışdığı dövrdə milli 2022-ci il dünya çempionatının qızıl medallarına sahib çıxıb və iki dəfə Amerika Kubokunda qalib gəlib. Son dünya birinciliyində Argentina komandası Skaloninin başçılığı altında finaladək irəliləyib və həlledici qarşılaşmada İspaniya seçməsinə uduzub.
Qeyd edək ki, kollektiv onun idarəçiliyi ilə keçirdiyi 104 matçda 80 qələbə qazanıb, 14 heç-heçə edib və 10 məğlubiyyətlə üzləşib.







