Stolüstü tennisçilərimiz Afrikada
Stolüstü tennis üzrə Azərbaycan millisi daha bir beynəlxalq yarışda mübarizə aparacaq.
Msport.az, yığma dünya seriyalı “WTT Youth Contender” turnirində qüvvəsini sınayacaq.
Əlcəzairdə təşkil olunacaq yarışda 8 idmançı bacarığını göstərəcək. Məşqçilər Ramil Cəfərov və Elnur Hidayətzadənin rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Onur Quluzadə, Xədicə Əbilzadə, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova və Yağmur Məmmədli bu gün Afrikaya yollanıblar.
Fevralın 28-də start götürəcək yarışa martın 2-də yekun vurulacaq.