featured-image-55934

Azərbaycanın stolüstü tennisçiləri böyüklər arasında şəxsi Avropa çempionatında iştirak edəcəklər.

Msport.az-ın məlumatına görə, seçmə komanda bu məqsədlə Avstriyaya yollanıb.

Lints şəhərində təşkil olunacaq yarışda baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Nihat Məmmədov və Hilal Həsənov qələbə uğrunda mübarizə aparacaq.

Sabah başlanacaq turnirə oktyabrın 20-də yekun vurulacaq.

Bənzər xəbərlər