featured-image-51508

Yeniyetmə stolüstü tennisçilər Onur Quluzadə ilə Yağmur Məmmədli növbəti təlim-məşq toplanışlarına qatılacaq.

Msport.az xəbər verir ki, millinin üzvləri bu məqsədlə əvvəlcə Çinə yollanıblar.

Onlar avqustun 12-dək baş məşqçi Mixail Timofeyevin rəhbərliyi ilə Şanxay şəhərinin Stolüstü Tennis Mərkəzində toplanışda olacaqlar.

Quluzadə ilə Məmmədli ardınca qitənin ən istedadlı stolüstü tennisçiləri üçün Strasburqda təşkil ediləcək “Eurotalents” təlim-məşqlərinə qatılacaq.

Qeyd edək ki, bu toplanışlar 2011-ci il təvəllüdlü və daha kiçik yaşlıların avqustun 23-dən 25-dək Fransanın Şiltiqheym şəhərində keçiriləcək “Euro Mini Champs” yarışına hazırlıq məqsədi daşıyır.

Bənzər xəbərlər