featured-image-54919

Azərbaycanın stolüstü tennisçiləri beynəlxalq yarışda iştirak edəcəklər.

Msport.az-ın məlumatına görə, yığma bu məqsədlə Gürcüstana yollanıb.

Batumi şəhərində təşkil olunan “WTT Youth Contender” turnirində 10 idmançı bacarığını göstərəcək.

Baş məşqçi Mixail Timofeyev və məşqçi Səbinə Əzizlinin rəhbərliyi altında Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov, Onur Quluzadə, Tunar Bağırov, Mərziyyə Nurmətova, Arzu Aslanova, Aylin Əsgərova, Yağmur Məmmədli və Şəbnəm Mansurova etimadı doğrultmağa çalışacaqlar.

Beynəlxalq yarışa sentyabrın 29-da yekun vurulacaq.

Bənzər xəbərlər