featured-image-45259

Stolüstü tennis üzrə “Avropa Gənclər Seriyası 2024” başa çatıb.

Msport.az xəbər verir ki, Azərbaycan millisi Türkiyədə keçirilən beynəlxalq yarışı 10 medalla başa vurub.

Turnirin son günlərində idmançılarımızdan Yağmur Məmmədli 13 yaşadək idmançıların şəxsi mübarizəsində qızıl, 15 yaşadək idmançıların yarışında isə bürünc medala sahib çıxıb.

Onur Quluzadə hər iki yaş qrupunun şəxsi mübarizəsində 3-cü yeri tutub.

Onunla Şakir Qədirov 13 yaşadək idmançıların qoşa yarışında 2-ci, Yağmur Məmmədli ilə Banu Baytallı 3-cü yeri tutub.
Tunar Bağırovla Uğur Nəzərli, Xədicə Eylazova ilə Şəbnəm Mansurova 15 yaşadək stolüstü tennisçilərin qoşa yarışında fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Beləliklə komandamız “Avropa Gənclər Seriyası 2024” yarışını 1 qızıl, 2 gümüş, 7 bürünc medalla başa vurub.

Qeyd edək ki, daha öncə U-13 komandamız 2-ci, U-15 komandamızın isə 3-cü yeri tutub.

Bənzər xəbərlər