featured-image-45365

Azərbaycanın stolüstü tennisçisi Onur Quluzadə təlim-məşq toplanışı üçün Çinə yollanıb.

Msport.az-ın məlumatına görə, yeniyetmə idmançı baş məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Çin millisinin Jenqdinq şəhərindəki təlim-məşq bazasında hazırlıq keçəcək.

Aprelin 1-dək davam edəcək toplanış Avropa çempionatına hazırlıq xarakteri daşıyır.

Qeyd edək ki, qitə birinciliyi mayda Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunacaq.

Bənzər xəbərlər