featured-image-25334

“Sumqayıt kimi şəhərin böyük futboldan uzaq düşməsi heç də yaxşı olmayacaq” deyən Samir Abasovun rəhbərlik etdiyi “Sumqayıt” son iki oyunda qapısından 10 top buraxıb. Əvvəlcə “Sabah” “Sumqayıt”ı 4 cavabsız qolla məğlub etdi, dünən isə “Qarabağ” dolu tribunalar önündə 6 top vurdu.

Təsəvvür edin, 21-ci dəqiqədən sonra meydan sahibləri 0:3 uduzur və Aydın Bayramov topu oyuna daxil edərkən vaxtı uzadır. “Sumqayıt” bu keyfiyyətlərinə görə, sonuncu yeri tutsa belə, Premyer Liqada qalmalıdır? Buna görə, komandaya xüsusi güzəşt olmalıdır? Səviyyə fərqini başa düşdük, “Qarabağ”ın güclü olduğunu anladıq, amma dünən “Sumqayıt”ın futbolçuları heç mübarizə də aparmırdı, meydanda can qoymurdular. Sanki artıq paltardəyişmə otağında məğlubiyyətlə barışmışdılar, Allahdan dua edirdilər ki, rəqib çox vurmasın.

“Qarabağ”ın 45+4-cü dəqiqədə vurduğu 4-cü qol yadınızdadır? Həmin qolda Ağdam klubu rəqibini əməlli-başlı alçaltdl. Premyer Liqada qalmaq istəyən komanda belə qol buraxar? Dünən “Sumqayıt” – “Qarabağ” oyununa baxanda elə təssürat yaranırdı ki, yüksək liqa ilə I dəstə təmsilçisi üz-üzə gəlir. Hətta həmişə texniki zonada qışqıran, emosianal olan, bir dəqidə belə oturmayan Samir Abasov da rəqibin qollarından sonra ayağa qalxmağa güc tapmırdı. Necə ki, oyun başa çatandan sonra CBC Sport-a açıqlama verməyə də güc tapmadı. Ardıcıl 2-ci oyundur Abasov matçdan sonra yayımçı şirkətə müsahibə vermir. Amma qaib gəldikləri və ya xal qazandıqları görüşlərdə həvəslə gedir mikrafon qarşısına.

“Sumqayıt” çempionatın ən çox qol buraxan komandasıdır – 50. Hətta sonuncu yerdə gedən “Səbail” belə qapısında daha az top görüb – 45. “Sumqayıt” həm də Premyer Liqanın ən az qol vuran (17) kollektividir.

Elə düşünməyin ki, bu nəticələrdə yegənə günahkar baş məşqçidir. Əsla, klubun prezidenti Riad Rəfiyevin bu uğursuzluqdakı payı Abasovdan az deyil. Onun yarıtmaz kadr siyasəti, yanlış legioner seçimi komandanı bu vəziyyətə salıb. Gəzən söz-söhbətlərə görə, Rəfiyevlə Abasovun da arasında artıq soyuq küləklər əsməyə başlayıb. Klub prezidenti mövsümün sonunda Ayxan Abbasov kimi indiki baş məşqçini də qurban versə, buna təəccüblənmərik. Sadəcə fərq ondadır ki. Rəfiyev Abasovdan ehtiyat edir ki, çıxıb mətbuata gözünü yumub ağzını açar və bütün məsələləri ortaya qoyar.

AYXAN 

 

Bənzər xəbərlər