“Sumqayıt”da əcnəbi baş məşqçi
Azərbaycan Basketbol Liqasında çıxış edən “Sumqayıt” klubu baş məşqçisi Teymur Hüseynovla yollarını ayırıb.
Msport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Artıq Hüseynovu kimin əvəzləyəcəyi də bəllidir. Növbəti mövsümdən komandanı rusiyalı mütəxəssis Aleksandr Mixaylov çalışdıracaq.
Qeyd edək ki, 46 yaşlı Mixaylov ilk olaraq Kursk və Çelyabinsk “Dinamo”larında köməkçi məşqçi kimi çalışıb. 2016-19-cu illərdə “Tambov” klubunun “sükanı arxası”nda olub və onun başçılığı altında komanda Rusiyanın II Liqasının qalibi olub. Daha sonra Mixaylov Maqnitaqorsk “Metallurq”u və “Novasibirsk” klublarını çalışdırıb. Rusiyalı mütəxəssisin son klubu Rostovun “Peresveta-YFU” komandası olub.