featured-image-25430

“Sumqayıt”ın düşərgəsində vəziyyət yaxşı deyil. Komanda ardıcıl iki oyunda qapısında 6 top görüb. Artıq futbolçular baş məşqçi Samir Abasovdan narazılıq edirlər.

Msport.az-ın əldə etdiyi məlumata görə, hətta oyunçular baş məşqçidən klubun prezidenti Riad Rəfiyevə şikayət ediblər. Onları ən çox narahat edən mətbuat konfranslarında Abasovun futbolçular haqqında tənqidi fikirlər səsləndirməsidir. Adətən digər mütəxəssislər ictimaiyyət qarşısında futbolçularının tərəfini vermir, onları daha çox içəridə danlayırlar. Abasov isə əksinə edir.

O, “Kəpəz”lə matçdan (1:2) sonra meda qarşısında “bu komanda elə sonuncu yerdə olmalıdır” fikrini səsləndirmişdi. “Sumqayıt”ın çalışdırıcısının ən çox tənqid etdiyi futbolçulardan biri də qapıçı Aydın Bayramovdur. Düzdür, Bayramov son vaxtlar yaxşı formada deyil, tez-tez kobud səhvlərə yol verir, lakin Abasovun KİV qarşısında belə danışması qolkiperin psixoloji durumuna da pis təsir edir.

Hətta futbolçular klub prezidentinə bildiriblər ki, baş məşqçi bu cür danışmağa davam edərsə, qarşıdakı oyunlardan birinə çıxmayacaqlar.

AYXAN 

Bənzər xəbərlər