featured-image-20558

“Sumqayıt” dövrələrarası fasilədə Diego Kariokadan sonra növbəti futbolçunun keçidini reallaşdırıb.

Msport.az xəbər verir ki, komanda son olaraq Latviyanın “Valmiera” klubunda çıxış etmiş yaponiyalı yarımmüdafiəçi Masaki Murata ilə 1.5 illik müqavilə imzalayıb.

Qeyd edək ki, “Valmiera” ilə ötən mövsüm Latviya çempionu olan Masaki Murata 32 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. O, həmçinin Avropa Konfrans Liqasında keçirdiyi 2 oyunda da bir dəfə fərqlənməyi bacarıb.

Bənzər xəbərlər