"Sumqayıt"da yeni legioner - RƏSMİ
“Sumqayıt” heyətini yeni basketbolçu ilə gücləndirib.
Klubdan Msport.az-a verilən məlumata görə, “kimyaçılar” amerikalı oyunqurucu Edi Lourensi transfer edib. Onunla mövsümün sonuna qədər müqavilə imzalanıb.
24 yaşlı basketbolçu karyerasına 2019-cu ildə “Middl Tennessi Blu Rayders” klubunda başlayıb və 2023-cü ilə qədər bu komandada oynayıb. O, son olaraq “Texas A&M Aggies”in formasını geyinib.