featured-image-55822

“Sumqayıt”ın yeni transferi Andrey Mateyunas klubun mətbuat xidmətinə açıqlama verib.

Msport.az xəbər verir ki, rusiyalı basketbolçu əvvəlcə komandanın hədəflərindən və kollektivdəki ab-havadan danışıb:

“Təbii ki, azarkeşlərimizi parlaq oyunla və qələbələrlə sevindirmək istəyirik. Hazırda əsas məqsədimiz mövsümə uğurlu start verməkdir. Çox istərdim ki, azarkeşlər həmişə yanımızda olsun, oyunlara gəlib, bizi dəstəkləsinlər. Onların sevinməsi üçün əlimizdən gələni edəcəyik”.

Mateyunas ölkəmizi və Sumqayıt şəhərini çox bəyəndiyini də söyləyib: “Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Bura çox sakitdir, əla yerdir, ölkənizdə yaşamaq ürəyimcədir. Konkret Sumqayıt şəhərindən danışmaq lazım gəlirsə, onu deməliyəm ki, mən gələndə burada çimərlik mövsümünə yekun vuruldu. Amma şəhərə söz ola bilməz. Çox sakit şəhərdir”.

Bənzər xəbərlər