"Sumqayıt" "Qəbələ"dən ayrılan futbolçu ilə müqavilə bağladı
“Sumqayıt” klubu yeni transferini rəsmiləşdirib. Msport.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi “Qəbələ”dən ayrılan Rövlan Muradovla iki illik müqavilə imzalanıb.
Qeyd edək ki, “Qəbələ”nin yetirməsi olan 25 yaşlı yarımmüdafiəçi 2017-ci ildən bu komandada çıxış edib.







