featured-image-20222

“Sumqayıt” Rusiya klubu “Krılya Sovetov”la yoxlama oyunu keçirəcək.

Msport.az xəbər verir ki, bu barədə Samara təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Qış təlim-məşq toplanışının ilk mərhələsi üçün Türkiyəyə yollanan Rusiyanın Premyer Liqa klubu ilk matçını “Sumqayıt”a qarşı keçirəcək. Oyun yanvarın 17-də, Antalyada olacaq.

Bu, “Sumqayıt”ın Antalya toplanışında ikinci sınaq matçı olacaq. “Kimyaçılar” əvvəlcə yanvarın 12-də Macarıstan təmsilçisi “Mezekeveşd”lə üz-üzə gələcək.

Bənzər xəbərlər