featured-image-26011

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu xeyli vaxtdır hazır olsa da, hələ açılış mərasimi keçirilməyib. Görünür açılışda dövlət başçısı İlham Əliyev iştirak edəcəyindən bir qədər yubanır.

Xarici görkəminə görə, ən müasir standartlara cavab verən idman qurğusundan yeni məlumat əldə etmişik.

Msport.az-a verilən xəbərə görə, arenanın işıqlandırma sistemi heç də normalara uyğun deyil. Projektorlar quraşdırılarkən buna ciddi fikir verilməyib və işıq futbol oynamaq istəyənlərin gözünə düşür. Bu problemin yaxın vaxtlarda necə aradan qaldırılacağı maraq doğurur.

Görünür, ölkə kubokunun final oyunu da məhz bu səbəbdən Sumqayıtın yenidən qurulmuş stadionuna həvalə olunmadı.

AYXAN

Bənzər xəbərlər