Şüvəlanda oynamış futbolçu ABŞ millisinin baş məşqçisi oldu
Vaxtilə Azərbaycan çempionatında çıxış etmiş Marko Mitroviç ABŞ-ın 19 yaşlılardan ibarət milli komandasının baş məşqçisi təyin olunub.
Msport.az xəbər verir ki, müqavilənin detalları açıqlanmayıb.
Mitroviç 2005/2006-cı illər mövsümündə “Olimpik” komandasının şərəfini qoruyub.