Tennisçi anasını tribunadan göndərdi
Rusiyalı tennisçi Diana Şnayder Avstraliya Açıq çempionatındakı hərəkəti ilə gündəmə gəlib.
Msport.az xarici mətbuata istinadən xəbər verir ki, idmançı italiyalı rəqibi Elizabet Koççaretto ilə qarşılaşma zamanı tamaşaçılar tərəfdə əyləşən anasını tribunadan göndərib.
“Anam üçün yarışı izləmək çətin idi. Gərgin olduğunun hiss etdim. Bu, məni daha da qəzəbləndirdi. Ona görə də anamı tribunadan kənarlaşdırdım. Ailə üzvləri üçün belə qarşılaşmaları izləmək çox streslidir. Dəstəyi üçün minnətdaram” ,– deyə tennisçi bildirib.
Qeyd edək ki, görüş Diana Şnayderin 6:4 hesablı qələbəsi ilə yekunlaşıb.