featured-image-53585

Azərbaycanın padel tennisçiləri Tamerlan Əzizovla Yusif Rzayev “Sea Breeze Padel Cup” beynəlxalq turnirinin ilk mərhələsində 2-ci yeri tutublar.

Tennis Federasiyadan Msport.az-a verilən məlumata görə, mübarizəyə Azərbaycanla yanaşı, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Rusiya, Bolqarıstan, Ukrayna və Böyük Britaniyadan olan iştirakçılar qoşulublar.

32 nəfərin qatıldığı yarışda Bolqarıstandan olan Vasil Mladenov – Kirill Dimitrov cütü çempion olub. Türkiyədən olan Dəniz Gürsoyla Şimşək Başaran isə 3-cü yeri tutub.

Mükafatçılara diplom və medallar təqdim olunub.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən turnirə sentyabrın 1-də yekun vurulacaq.

Bənzər xəbərlər