featured-image-21154

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında 2-ci turdan təxirə salınan “Murov” – UNEC oyunu keçirilib.

Msport.az xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşma Vüqar Əliyevin komandasının üstünlüyü ilə başlayıb.

İlk hissədə 25:12 hesabı ilə qalib gələn “Murov” sonrakı setləri də aktivinə yazıb – 25:12, 25:9.

Beləliklə, quru hesablı qələbə qazanan “Murov” xallarının sayını 6-ya çatdırıb. İki turdan sonra aktivində 6 xalı olan “Azərreyl” və “Murov” turnir cədvəlində 1-ci və 2-ci yerdə qərarlaşıblar. “Abşeron” və UNEC-in isə xalı yoxdur.

Yüksək Liqa (qadınlar)
2-ci tur
22 yanvar

Murov – UNEC 3:0 (25:12, 25:12, 25:9)

Bənzər xəbərlər