featured-image-20953

Qadın və kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqalarında təxirə salınan 2-ci turun oyunlarının keçirilmə yeri və vaxtı dəqiqləşib.

Msport.az xəbər verir ki, bu qarşılaşmalar yanvarın 22-nə təyin olunub.

Həmin gün ilk olaraq qadın voleybolçuların Yüksək Liqasında təxirə salınan “Murov” – UNEC matçı baş tutacaq. Görüş saat 16:00-da start götürəcək.

Ardından kişi voleybolçuların Yüksək Liqasında 2-ci turun təxirə salınan “Neftçi” – “Xarı bülbül” oyunu keçiriləcək. Bu qarşılaşma isə saat 18:00-da başlayacaq. Hər iki görüş Voleybol Mərkəzində təşkil olunacaq.

Xatırladaq ki, bu oyunların yanvarın 12 və 13-də keçirilməsi nəzərdə tutulsa da UNEC və “Neftçi” klublarının bir çox voleybolçusunun qrip və yüksək hərarətdən əziyyət çəkməsi səbəbindən təxirə salınmışdı.

Bənzər xəbərlər