featured-image-26025

“Turan Tovuz” yeni sponsoruna qovuşduqdan sonra stadionda yenidənqurma işləri başlayıb. Qərb klubu “Neftçi” ilə Azərbaycan kubokunun aprelin 19-da keçiriləcək yarımfinal oyununa kimi projektor və tablo məsələsini həll etmək istəsə də, işıqlandırma o vaxta çatmayacaq. Əvəzində stadionda yaxın günlərdə tablo quraşdırılacaq.

Msport.az xəbər verir ki, əsas tribuna ilə üzbəüz, daha çox qonaq komandanın azarkeşlərinin yer aldığı tribunada da ciddi dəyişiklər olacaq. Ən əsası çəkiliş yerləri həmin istiqamətdən qurulacaq. Çünki indiki çəkliş yerindən stadiona toplaşmış azarkeşləri görmək mümkün deyil. Həmin tribunanın bir qədər də qaldırılması nəzərdə tutulur.

Ümumiyyətlə, mövsümün sonuna kimi Tovuz stadionunda bir xeyli yeniliklər baş verəcək.

AYXAN  

Bənzər xəbərlər