featured-image-20072

Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə yanvarın 3-də Bakıda bir araya gələn “Turan Tovuz” bu gün Antalyaya yola düşüb.

Msport.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Artıq Antalyada olan Ayxan Abbasovun komandası yanvarın 18-nə qədər qardaş ölkədə hazırlıq keçəcək.

Xatırladaq ki, “Turan Tovuz” Türkiyədə üç yoxlama oyunu keçirəcək. Belə ki, sözügedən komanda yanvarın 9-da Rumıniyanın “Petrolul”, 13-də İsveçrənin “Aarau”, 17-də isə Polşanın “Qurnik” (Zabrje) kollektivləri ilə üz-üzə gələcək. Komanda yanvarın 18-də vətənə dönəcək.

Bənzər xəbərlər