featured-image-20182

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün Antalya toplanışı çərçivəsində ilk yoxlama matçına çıxıb.

Msport.az xəbər verir ki, Ayxan Abbasovun komandası Rumıniya təmsilçisi “Petrolul”la qarşılaşıb.

Bakı vaxtilə saat 16:00-da start götürən oyun məhsuldar alınıb. “Turan Tovuz bu matçın yekununda 2:3 hesablı məğlubiyyətə üzülüb. Tovuz təmsilçisinin heyətində Nazim Həsənzadə (5-ci dəqiqə) ilə Ayxan Quseynov (66-cı dəqiqədə penaltidən) fərqlənib.

Xatırladaq ki, “Turan Tovuz” yanvarın 13-də “Aarau”, 17-də isə Polşanın “Qurnik” klubları ilə də üz-üzə gələcək.

Bənzər xəbərlər